Yuxarı

Himndən bu yerdə istifadə qadağandır - Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib.

Axar.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Millət vəkili bildirib ki, Dövlət Himni yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin təntənəli andiçmə mərasimində (Azərbaycan Respublikasının Prezidenti and içdikdən sonra), Prezidentin Milli Məclisinin iclaslarına gəldiyi zaman, Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı, dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, hər gün milli televiziya və radio verilişlərinin əvvəlində və axırında, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat və ya incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları və ya siyasi partiyalar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırıldıqda və ya asıldıqda), Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra) ifa edilməlidir.

Millət vəkilinin sözlərinə görə, Dövlət Himni farağat vəziyyətində dinlənilməlidir:

“Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Azərbaycan vətəndaşları Dövlət Himnini "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavə olunmuş mətninə uyğun olaraq ayaq üstə və sona qədər oxumalıdır (oxumadıqda isə ayaq üstə və sona qədər dinləmək).

Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağandır. Dövlət Himni bu Qanunda nəzərdə tutulmuş qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, Dövlət Himninə qarşı hörmətsizlik edən şəxslər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Tarix
2019.02.19 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla