Yuxarı

Qarın yağması avtovağzalın işinə təsir edib? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrə səfər edən avtobuslarda bugünkü hava şəraiti ilə bağlı problem yaşanmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib. O bildirib ki, avtobuslar qarlı hava şəraitinə tam hazırdır:

“Avtovağzal təkcə indi yox, ümumiyyətlə, fəsil başlayandan qış rejiminə keçib. Sürücülər getdikləri yolun vəziyyətindən xəbərdardırlar. Hava şəraitinin necə olmasından asılı olmayaraq, avtobuslar Kürdəmir yolu ilə hərəkət edir. Hazırda isə həmin yolda vəziyyət normaldır və hələ ki, heç bir reys təxirə salınmayıb”.

Qeyd edək ki, gecə saatlarından Bakıda və rayonlarda müşahidə edilən qar sürücülərə Bakı-Şamaxı-Yevlax və İsmayıllı-Lahıc yolunda çətinlik yaradıb.

Tarix
2019.02.19 / 13:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla