Yuxarı

İslahatları yanlış yerə yozub, xalqı aldatmayın – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayrı-ayrı şəxslər internet televiziyalardan çıxış edərək, ölkədə həyata keçirilən sosial layihələri müxalifətin yanvarın 19-da keçirdiyi mitinqlə əlaqələndirir. Onlar bu fikirlərlə xalqı aldatmağa çalışırlar. Lakin hər kəs bilməlidir ki, cənab Prezident ötən ilin aprelində seçkidən sonra ölkədə əmək haqlarının ödənilməsi, yeni istehsal müəssisələrinin açılması ilə bağlı öz proqramını ortaya qoymuşdu.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu şəxslər dövlətdəki sabitliyi pozmaq, insanları yoldan çıxartmaq, özlərinə tərəfdaş toplamaq üçün ölkə başçısının hər addımını öz adlarına çıxırlar.

“Bu insanlar bir vaxtlar dövlət büdcəsini talamaqla məşğul idi. Bu gün isə dövlət büdcəsi xalqın rifahına xidmət edir. Bu yanlış məlumatları yayanlar bilməlidirlər ki, artırılan pensiyalar və əməkhaqları ilə bağlı məsələ ötən ilin noyabr ayında dövlət büdcəsinin müzakirəsi zamanı təsdiqlənib.

Dövlət büdcəsi xalqımızın maraqlarına xidmət edir. Sərəncamlar həm dövlət, həm də özəl sektorda çalışanların rifah halının yüksəlməsinə xidmət edir. Hər bir vətəndaş bilməlidir ki, atılan bütün addımlar cənab Prezident tərəfindən təsdiqlənən 5-7 illik proqramların nəticəsidir. Bu kiminsə mitinq, yürüşünün nəticəsi deyil. O adamlar istəyir ki, bu layihələr həyata keçməsin. Həm ölkə daxilində, həm də xaricdə yaşayanlar məkrli niyyətli ilə özlərini tarixin arxivinə göndərəcəklər.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın Beyləqan, Şamaxı, Gəncə, eləcə də digər bölgələrdə keçirdikləri görüşlərdə insanların onlara münasibəti dövlət-xalq birliyindən xəbər verir”.

Tarix
2019.02.19 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla