Yuxarı

Diqqət: Bakının bu yollarında tıxac var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilib.

Agentlik hazırda paytaxtda sıxlıq və tıxac müşahidə edilən yerlərin sıyahısını təqdim edib:

1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) - sıxlıq;

2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) - nisbətən sıxlıq;

3. Tiflis prospekti (Hər iki istiqamətdə, 20 Yanvar dairəsi və şəhər istiqamətində) - sıxlıq;

4. Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində) - sıxlıq;

5. Akademik Həsən Əliyev küçəsi (1 saylı Bakı ASAN Xidmət mərkəzinin qarşısı,Tiflis prospekti istiqamətində) - nisbətən sıxlıq;

6. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) - sıxlıq;

7. Ziya Bünyadov prospekti (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) - sıxlıq;

8. Şah İsmayıl Xətai prospekti (Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısı, Heydər Əliyev prospekti istiqamətində) - sıxlıq;

9. Xaqani küçəsi - sıxlıq;

10. Əziz Əliyev küçəsi - nisbətən sıxlıq;

11. Məhəmməd Füzuli küçəsi - sıxlıq;

12. Mikayıl Useynov prospekti (Neftçilər prospekti istiqamətində) - sıxlıq;

13. Gülayə Qədirbəyova küçəsi (Hər iki istiqamətdə, Koroğlu Rəhimov küçəsi və Şah İsmayıl Xətai prospekti istiqamətində) - nisbətən sıxlıq;

14. Mustafa Kamal Atatürk prospekti (Məmməd Araz küçəsi ilə kəsişmədən başlayaraq, Ayna Sultanova heykəli istiqamətində) - sıxlıq.

BNA-dan bildirilib ki, fevralın 18-i axşam saatlarından paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar paytaxt yollarına, eləcə də müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətinə nəzarət gücləndirilib.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqəsidi ilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib:

"Bir daha sürücüləri hərəkətdə olan zaman sürət həddinə əməl etməyə və metereoloji amilləri nəzərə almağa çağırırıq.

Məlumat üçün bildiririk ki, hava şəraiti ilə əlaqədar bütün daşıyıcılara göstəriş verilib. Tapşırılıb ki, (hər hansı bir məcburi məhdudlaşdırma istisna olmaqla) müntəzəm xətt avtobuslarının müəyyən olunan qrafikə və sxemə uyğun hərəkəti təmin edilməlidir.

Onu da qeyd edək ki, pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur".

Tarix
2019.02.19 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla