Yuxarı

Minlərlə ailəyə şad xəbər: 50 min mənzil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov deyib.

Q.Xəlilov bildirib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı on minlərlə ailənin sevincinə səbəb olub:

“2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlərlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir. Səyyar xidmət göstərən ƏMDK-nin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq. Bu Fərman, eyni zamanda, vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinə, mənzillə bağlı leqal əməliyyatların həyata keçirilməsinə, mövcud problemlərin həllini tapması, aparılan əməliyyatlar üzrə həm dövlət büdcəsinə daxilolmaları artıracaq, həm də mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə gətirib çıxaracaq. Vətəndaşlar artıq düzgün şəkildə vergi ödəyəcək, bu vergi isə dövlət büdcəsinə yönələcək”.

Tarix
2019.02.19 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla