Yuxarı

Azərbaycanda münaqişəli ailələrin sayı artır - Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

Komitə sədrinin sözlərinə görə, təcrübə göstərir ki, ailələrin dağılmasında əsas səbəblərdən biri valideynlərin vaxtilə öz övladlarını düzgün tərbiyə etməməsidir:

"Ailəyə ciddi münasibət olmalıdır. Lakin sosial və mənəvi məsuliyyət hissi aşağı olan insanlar ailə qurduqda bir çox hallarda boşanma ilə nəticələnir. Hazırda beynəlxalq təşkilatların uşaq məsələləri üzrə qurumlarında, bir sıra ölkələrdə müsbət valideynlik təcrübəsinin formalaşdırılması məsələsi çox aktualdır".

H.Hüseynova qeyd edib ki, müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir:

"Bizə olan müraciətlərdən də görürük ki, valideynlərin övladları ilə, xüsusilə də uşağın keçid yaş dövrlərində onunla ünsiyyətində bir sıra çətinliklər yaranır. Bu da ağır fəsadlara səbəb olur. Valideynlər eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında problemlərlə üzləşirlər. Buna görə də valideynlik təcrübəsi xidmətinin göstərilməsinə ehtiyac var. Məlumat üçün qeyd edim ki, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mütəxəssislər tərəfindən valideynlərə belə bir xidmət göstərilir və bu sahədə müsbət nəticələrimiz var. Lakin daha yaxşı olardı ki, belə bir xidmət ölkə üzrə göstərilsin".

Tarix
2019.02.20 / 00:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla