Yuxarı

DİM gürcü dilini bilən mütəxəssis axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, maraqlanan şəxslər CV formasını martın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislər gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsini bacarmalıdırlar.

İxtisas tələbləri və digər şərtlərə gəlincə, aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

- gürcü dili;

- rus dili;

- riyaziyyat;

Mütəxəssislər yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır. Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər.

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Tarix
2019.02.20 / 10:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla