Yuxarı

Rasizadə ilk dəfə danışdı: indi nə iş görür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəmdə darıxıram.

Bu sözləri Azxəbər.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir:

"Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm".

Artur Rasizadə nəticələri haqda da danışıb:

"Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".

Artur Rasizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağolun ki, mənimlə maraqlandız, 2 gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır.

Tarix
2019.02.20 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla