Yuxarı

Ağstafada zəncirvari qəza - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 3 avtomobilin iştiraki ilə yol nəqliyyat hadisəsi baş verib.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, hadisə axşam saatlarinda Bakı-Qazax Gürcüstan magistral yolunun 452-ci km-də, Ağstafa şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Qazaxdan Gəncəyə gedən "Ford" markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn "VAZ 21011" markalı maşınla toqquşub. Ara məsafəsi saxlamayaraq qəzada iştirak edən digər "Ford" markalı mikroavtobus isə hadisə yerindən yayınıb.

Şahidlərin bildirdiyinə görə, hadisəyə sürücülərin qayda ilə qadağan olunmuş yerdə - körpü üzərində ötmə əməliyyatını həyata kecirməsi səbəb olub.

Bundan başqa şahidlər bildirib ki, "VAZ 21011"in işiq sisteminin işləməməsi birbaşa qəzaya səbəb olub. "Ford"un sərnişini Mahir Hüseynovda VAZ 21011 markalı avtomobilin qəfildən onların qabağına çıxdığını deyib.

Qəza zamanı "VAZ 21011"in sürücüsü Ağstafa şəhər sakini 56 yaşlı İlyas Əsgərov xəsarət alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlər xəstənin vəziyyətinin normal olduğunu bildirib

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Tarix
2013.12.06 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla