Yuxarı

İsgəndərlinin indi söydüyü şəxsə türmədən şok məktubu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:18

BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlı “söyüş ünsürü” Vidadi İsgəndərlinin vaxtilə türmədən yazdığı məktubunun surətini yayıb.

Axar.az xəbər verir ki, ictimai fəal V.İsgəndərlinin “köhnə rəisinin” tapşırığı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi hədəfə çıxartdığı üçün bu addımı atdığını bildirib.

“Rusiya agenti kimi ifşa edilən, qardaşı tərəfindən şizofrenik adlandırılan Vidadi köhnə rəisinin tapşırığı ilə yenə Qüdrət bəyi ittiham edir, onun ünvanına ağzına gələni danışır. Ancaq demir ki, qardaşlarının Vidadi həbsdən çıxdıqdan sonra özünü adam kimi aparacağı təminatı və xahişi ilə həbsdə olanda onun ailəsinə kim kömək edib və Qüdrət bəyin yardımını ailəsi niyə qəbul edib? Həbsdən çıxandan sonra özünə 50.000 dollarlıq, Qüdrət bəyin yanında işləyən bacısı qızına “Hunday” markalı maşını hansı pulla almışdı? Qüdrət bəyə, özünün də dediyi kimi, qardaşım deyə müraciət edərək qızına məktəbə getmək üçün paltar almağı xahiş edəndə Qüdrət bəyin pullarının mənbəyi onu düşündürmürdü?” – N.Orduxanlı qeyd edib.

O, həmçinin Vidadi İsgəndərlinin 3 qardaşı qızını Qüdrət bəyin yanına göndərməsini xatırladıb:

“Onları işə kim düzəltmişdi? Ağır xəstə olan qardaşının müalicəsini kim təşkil etmişdi?”

N.Orduxanlı V.İsgəndərlini “qardaşının yas mərasiminə verilən pulları mənimsəyən biri” adlandırıb və belə şəxsdən hər şey gözlədiyini də bildirib.

Tarix
2019.02.21 / 12:08
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla