Yuxarı

Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilməsi ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, Demokrat.az-ın yaydığı xəbərə görə, sabiq icra başçısı Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Bununla bağlı hələlik heç bir rəsmi məlumat olmasa da, təyinatın dünən olduğu bildirilib.

Mövzu ilə bağlı Prezidentin mətbuat katibi Azər Qasımov Axar.az-a açıqlama verib. A.Qasımov bildirib ki, onda bu təyinatla bağlı heç bir məlumat yoxdur.

Xatırladaq ki, Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Tarix
2019.02.22 / 10:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla