Yuxarı

BNA Rəşad Məcidə “qan uddurdu” və “borclu” çıxartdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid dayanma-durma qaydasını pozduğuna görə Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələndiyi üçün sözügedən qurumu sərt sözlərlə tənqid edib.

Axar.az xəbər verir ki, baş redaktor BNA-nın sürücülərə qan uddurduğunu bildirib. Əlavə edib ki, agentlik üçün bundan yumşaq söz demək çətindir.

R.Məcid bildirib ki, “Nissan Altima” markalı avtomobilini Yazıçılar Birliyinin inzibati binasının qarşısında 20-30 saniyəlik saxlayıb sərnişin düşürdüyü üçün ona 20-40 manat cərimə yazılıb.

Baş redaktorun etirazı ilə bağlı agentlikdən onunla əlaqə yaradılıb və narazılığı araşdırılıb.

BNA-nın yaydığı məlumatda isə R.Məcidin təzadlı fakt verdiyi əks olunub. Bildirilir ki, baş redaktor BNA-ya avtomobilin nömrəsinin əvvəlcə 90 PV 525, sonra isə 10 PV 525 olduğunu deyib.

Agentlik hər iki nömrəni araşdırdığını, 10 PV 525 nömrəli “Nissan Altima” markalı avtomobilin iştirakı ilə R.Məcidin nə qeyd etdiyi tarixdə, nə də əvvəlki günlərdə dayanma və durma qaydalarının pozulmasına dair hər hansı bir fakt qeydə alınmadığını açıqlayıb..

Araşdırma zamanı məlum olub ki, 90 PV 525 nömrəli avtomobilin iştirakı ilə dayanma və durma qaydalarının pozulması ilə bağlı bir hal qeydə alınıb. Belə ki, 15.02.2019 tarixində, saat 11:09-da qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü avtomobillə Nəsimi rayonu Səməd Vurğun küçəsi Təzə bazarın yanına gələrək dayanma və durmanın qadağan edildiyi yerdə avtomobilini park edib. Saat 11:12-də sürücünün bu xətası kameralar tərəfindən qeydə alınıb. Saat 11:22-də isə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə inzibati tədbir görülüb.

Agentlikdən bildirilib ki, 90 PV 525 nömrəli “Toyoto Prado” markalı avtomobil qadağan olunan yerdə R.Məcidin dediyi kimi 20-30 saniyə yox, 10 dəqiqədən çox dayanıb.

BNA-dan bildirilib ki, əgər sürücü dayanma və durmanın qadağan edildiyi yerdə avtomobili öz dediyi kimi 20-30 saniyəlik saxlasaydı, cərimələnməzdi.

Məsələ ilə bağlı açıqlama verən agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, dayanma və durma qaydalarını pozan sürücülərin qayda pozduğu müəyyən edilən kimi onlar cərimələnmir:

“Əgər sürücü 10 dəqiqədən çox dayanma və durmanın qadağan edildiyi yerdə dayanarsa, bu zaman cərimələnir. Yəni dayanma və durma qaydalarını pozan sürücülərin dayanma-durmanın qadağan edildyi yerdə 10 dəqiqəyə qədər dayanmasına icazə var.

BNA artıq yollarda dayanma və durmanı qadağan edən nişanları yığışdırıb, əvəzində durmanı qadağan edən nişan qoyulub. Bu da onu deməyə əsas verir ki, sürücü avtomobildən kimisə düşürüb, mindirə bilər və ya 10 dəqiqədən çox olmayaraq, avtomobili hər hansısa vacib məqsədlə saxlaya bilər. Ancaq avtomobil qadağan olunan ərazidən 10 dəqiqə müddətində getməzsə, cərimə yazılır”.

Tarix
2019.02.22 / 11:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla