Yuxarı

DANX qəza törədən daşıyıcı ilə müqaviləni pozdu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb olan daşıyıcı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında bağlanmış müqaviləyə xitam verilib.

Bu barədə məlumatı Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı verib. E.Muradlının sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, dəhşətli qəzaya səbəb olan “Ford” markalı mikroavtobus Kənan adlı fərdi daşıyıcıya məxsusdur. Bu, fərdi daşıyıcı olan Kənana məxsus avtobusların törətdiyi növbəti belə qəzadır:

"Bundan öncə DANX tərəfindən sözügedən daşıyıcıya xəbərdarlıq edilib. Bu hadisə xəbərdarlıqdan sonra baş vermiş növbəti qəza olduğuna görə DANX imzalanmış müqaviləyə xitam verib".

DANX-ın mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, faktla bağlı hələ araşdırma gedir. Araşdırmanın nticəsindən asılı olaraq bu barədə qərar veriləcək:

“Bu, Sumqayıt-Beyləqan şəhərlərarası qeyri-müntəzəm marşrut xəttidir. Yəni müvəqqəti əsaslarla fəaliyyət göstərir, ehtiyac yarandığı zaman xəttə əlavə olunur və sonra xətdən çıxarıla bilər. Sabirabad şəhərində yük avtomobili ilə toqquşub. Yük avtomobili də xüsusi fərqlənmə nişanı ilə çalışan nəqliyyat vasitəsi olub. İlkin versiyaya görə, günah mikroavtobusun sürücüsündədir. Ancaq bu, ilkin versiyadır. Araşdırma aparılır. Araşdırmanın nəticəsində bəlli olsa ki, qəzaya səbəb həqiqətən də mikroabtobusun sürücüsüdür, o zaman daşıyıcı Kənan Orucov Sumqayıt-Beyləqan xəttindən uzaqlaşdırılacaq”.

Qeyd edək ki, Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb. "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Tarix
2019.02.22 / 16:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla