Yuxarı

Meşələrin qorunması üçün yeni proqram hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Milli Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib.

Axar.az xəbər verir ki, bu sözləri Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov bu gün keçirilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrin qorunması, meşə sektorunun inkişafı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı mətbuat konfransında bildirib.

S.Salmanov bildirib ki, meşələrin yeni inkişaf strategiyası və fəaliyyət planı hazırlanır. Onun sözlərinə görə, yeni Milli Meşə Proqramının hazırlıq işlərinə 2018-ci ildə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra Proqramın ilkin layihəsi tamamlanıb.

S.Salmanov bildirib ki, Milli Meşə Proqramında bəzi məqsədlərə nail olunması nəzərdə tutulur:

“Ölkənin ümumi davamlı inkişafına töhfə verən tələblərin dəyişməsinə və gələcək ehtiyaclara xüsusi diqqət yetirərək meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək;

Ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün müvafiq siyasətlər və strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək;

Maraqlı tərəfləri sıx əməkdaşlıq etməyə, planlaşdırma, icra, nəzarət, monitorinq və qiymətləndirmə işlərinə iştiraka təşviq etmək;

Meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək;

Meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə vermək”.

Nazirliyin mətbuat katibi İradə İbrahimova isə əlavə edib ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq:

“Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir. Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.

Bu istiqamətdə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq Proqramın ilkin layihəsi hazırdır.

2020-2030-cu illəri əhatə edəcək yeni Proqram Nazirliyin beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görəcəyi işlər üçün bir yol xəritəsidir və hesab edirik ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq”.

Tarix
2019.02.22 / 17:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla