Yuxarı

Yaşayış binaları ilə bağlı fərman neçə mənzili əhatə edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək.

Bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib.

R.Əbləsənov vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq.

Onun sözlərinə görə, bu istiqamətdə reallaşdırılacaq tədbirlər ilk növbədə daşınmaz əmlak bazarının leqallaşmasına, əmlak sahiblərinin hüquqlarının müdafiəsinə yönələcək:

"Qeydiyyata alma və ya təkrar qeydiyyata alma ilə bağlı bütün məsələlər dövlət səviyyəsində qısa zamanda həll olunacaq. Daha bir vacib məqam isə odur ki, bu, gənc ailələrə ipotekadan yararlanmağa imkan yaradacaq".

R.Əbləsənov əlavə edib ki, fərman müvafiq dövlət qurumlarının üzərinə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüquqlarının operativ şəkildə tanınması üçün zəruri tədbirlərin qəbul edilməsi ilə bağlı öhdəliklər qoyur.

Əmlak Xidmətləri Məkanının rəhbər həmçinin texniki pasport və çıxarışların verilməsi prosedurlarından danışıb:

"Prosedura əsasən, binaların istismara verilməsi haqqında rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanacaq. Daha sonra bu rəylər Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına ötürüləcək. Sonra yeddi gün ərzində bu qurumlar tərəfindən binanın istismarına icazə verilməsi barədə qərar qəbul ediləcək. Vətəndaşlar mənzil-tikinti kooperativinin protokolundan çıxarışı və mənzil borcunun olmaması barədə arayış təqdim edəcək. Bu sənədlər əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququnun operativ tanınması təmin olunacaq və texniki pasportlar və çıxarışlar veriləcək".

Tarix
2019.02.23 / 09:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla