Yuxarı

Konsulluq xidmətləri bu gündən ASANlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konsulluq xidmətləri bu gündən ASANlaşdı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb.

Axar.az xəbər verir ki, bu gündən “ASAN xidmət”də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.

Xidmətlərin təşkili “ASAN xidmət” standartlarına uyğun olaraq operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təmin ediləcək.

Eyni zamanda, müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı vasitəsilə konsulluq xidmətlərinin elektron qaydada göstərilməsini təmin edəcək.

Beləliklə, “ASAN xidmət” mərkəzlərində 12 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.

Tarix
2019.03.01 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla