Yuxarı

Nazir: Prezident bu məsələyə xüsusi önəm verir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: Prezident bu məsələyə xüsusi önəm verir - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Gənclər Və İdman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.

Axar.az xəbər verir ki, S.Babayev jurnalistlərə açıqlamasında əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.

O, bu sahədə aparılan işlərdən biri kimi, əlilliyi olan şəxslər arasında idman tədbirlərinin təşkilinin, eyni zamanda beynəlxalq yarışlarda iştirak etmələrinin dəstəkləndiyini qeyd edib.

Daha sonra isə A.Rəhimov Ümumdünya Xüsusi Yay Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən çox xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib.

Hər iki nazir idmançılarımıza bu yarışlarda uğurlar arzulayıb və atletlərimizin təlim-məşq prosesinə baxıblar.

Qeyd edək ki, atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Tarix
2019.03.04 / 12:42
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla