Yuxarı

Abbasov və Yaşaroğlu MM-də müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasov və Yaşaroğlu MM-də müzakirə edildi

Rusiyada fəaliyyət göstərən jurnalist, fəal Fuad Abbasova ermənilər tərəfindən edilən təzyiq və təqiblər çox ciddi narahatlıq doğurur.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili eyni zamanda, ombudsman Elmira Süleymanovanı Rusiyanın rəsmi informasiya agentliyi olan “Sputnik”in Azərbaycan bürosunun sabiq baş redaktoru Mətin Yaşaroğlunun məsələsini xüsusi diqqətdə saxlamağa çağırıb.

O bildirib ki, Rusiya da daxil olmaqla, xarici ölkələrdə azərbaycanlı fəallara qarşı ermənilərin artan təzyiq və təqibləri fonunda soydaşlarımızın müdafiəsi istiqamətində işlər genişləndirilməli və sürətləndirilməlidir.

Millət vəkili Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından da danışıb.

Q.Paşayeva həmkarı Fərəc Quliyevin bu istiqamətdə səsləndirdiyi təklifləri də dəstəkləyib və ombudsmandan bu məsələni də xüsusi diqqətdə saxlamağı xahiş edib.

Qeyd edək ki, F.Abbasovu ermənilər təhdid ediblər, “Sputnik Azərbaycan” redaksiyasının redaktoru M.Yaşaroğlu isə ermənilərin təzyiqi ilə işdən çıxarılıb.

Tarix
2019.03.05 / 14:59
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla