Yuxarı

Məhkəmə axtarışda olan terrorçu ilə bağlı qərar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə axtarışda olan terrorçu ilə bağlı qərar verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəddin oğlunun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

Report-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Türkiyə səfirliyinin, Ədliyyə Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri və Ö.Dumanın təqdimatın təqdim edilməsini istəyiblər.

Qərara əsasən, təqdimat təmin edilib. Məhkəmə Ö.Dumanın Türkiyəyə ekstradisiya olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ö.Duman daha əvvəl Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək həbs edilib və 7 il 6 ay həbsdə qalıb. O, həbsxanadan çıxandan sonra yenidən eyni əməllər törətməkdə davam edib.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları Ö.Dumanın barəsində axtarış qərarı çıxaran zaman o, ölkəsindən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib.

Daha sonra Türkiyə Ö.Dumanı beynəlxalq axtarışa verib.

Ö.Duman Azərbaycana gələn zaman Dövlət Miqrassiya Xidmətinə müraciət edib və özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Ö.Duman Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib.

Məlumata görə, Ö.Duman terror təşkilatının üzvü olub, Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

Tarix
2019.03.07 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla