Bakıda "Sənaye ili" ilə bağlı Beynəlxalq Sənaye
Konfransı keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata
görə, 12 mart 2014-cü il tarixli Sərəncam ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi
ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, 26-27 noyabr
tarixlərində Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas
trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq
Sənaye Konfransı keçirililəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin, BMT-nin Sənaye İnkişafı
Təşkilatının (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) birgə təşkilatçılığı ilə keçiriləcək konfransda bir sıra
ölkələrin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, sənaye
sahəsində fəaliyyət göstərən şirkətlərin, beynəlxalq təşkilat və
maliyyə institutlarının nümayəndələri iştirak edəcək.