Yuxarı

“Azercell” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti boyunca daim tələbələrə dəstək olmaq məqsədilə müxtəlif proqramlar keçirən və karyera sərgilərində iştirak edən Azercell Telekom MMC növbəti dəfə tələbələ uğurlu karyera qurmaqda yardımçı olub.

Axar.az xəbər verir ki, şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Əmək bazarında fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin işlə təmin olunmalarına dəstək göstərmək, onlara müəssisələrdə mövcud iş vakansiyaları ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır.

Daima gənclərin inkişafına yönəldilmiş layihələri ilə seçilən “Azercell” şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.13 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla