Yuxarı

5.5 milyardı ölkədən çıxaranlarla bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Qoşqar Məcidli ifadə verib.

O bildirib ki, Rüfət Vəliyevi Beynəlxalq Bankın sabiq əməkdaşı, bibisi oğlu Aqil Hüseynov vasitəsi ilə tanıyıb.

Qoşqar Məcidlinin sözlərinə görə, "Nikoil Azərbaycan" şirkətinin keçmiş işçisi olub: "Pravijin grup" şirkətini təsis edib: "Həmin şirkətə isə Fərhad Əliyevi direktor təyin etmişəm. 2013-cü ildə isə Vergilər Nazirliyindən mənə bildirildi ki, şirkətin vergi borcu var. Mən də Fərhadla danışdım, o söylədi ki, şirkəti bağlayıb. Rüfəti mən direktor təyin etməmişəm. Fərhad isə hazırda ölkə xaricindədir".

Daha sonra şahid qismində dindirilən Vüqar Quliyev deyib ki, 2010-cu ildən “AGbank”ın Maliyyə Monitorinq şöbəsində məsul şəxs vəzifəsində çalışır: "Biz daha əvvəl Mərkəzi Bankın qaydaları əsasında işləmişik. Bankda həm mədaxil, həm də məxaric 20 min manat olmaqla köçürülmə həyata keçirilir. Köçürülmə baş verən zaman bankın daxili proqram vasitəsi ilə Maliyyə Monitorinq şöbəsinə göndərilir".

Hakim qeyd edib ki, “AGbank”ın Xətai filialından bir gün ərzində 10 milyon manata yaxın pul leqal yolla xarici şirkətlərin hesabına köçürülüb.

Məhkəmə 2013-2015-ci illər arasında “AGbank”ın Xətai filialında monitor hesabatları və yoxlama aktlarının götürülməsi barədə qərar çıxarıb.

Növbəti proses martın 27-də davam edəcək.

İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.

Malik Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

Rüfət Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

Azər Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

Malik Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.

Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.

Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardınca xarici valyutaya konvertasiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ülkər Nəbiyev və Arzu Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri, köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib, Malik Əliyevə təqdim ediblər.

Rüfət Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün Malik Əliyevlə Vidadi Əliyevə təqdim edib.

Bu qayda ilə Malik Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konvertasiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Xatırladaq ki, Malik Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində adı çəkilən şəxslərin barəsində isə ayrıca icraatda araşdırma aparılır.

Tarix
2019.03.13 / 17:56
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla