Yuxarı

Azərbaycanda qeyri-adi ev - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev "gəzən ev" düzəldib. O, 1 otaqlı evi taxtadan və isti-soyuq keçirməyən materiallardan hazırlayıb. Evin hərəkət etməsi üçün avtomobil təkərlərindən istifadə edib.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, usta əl işini dəmir parçaları, UAZ markalı avtomobilin təkərləri və taxta materialardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2 metr yarım, çəkisi 2 ton olan "Gəzən ev"in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtlarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir.

Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir.

"Gəzən ev" görənlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.

Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa, "Gəzən ev"i satmaq fikirinə düşə biləcəyini deyir.

Tarix
2019.03.14 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla