Yuxarı

Nənə xahiş etdi, Prezident onu Türkiyəyə yolladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb.

Bu barədə Report-a açıqlamasında Z.Muradov özü məlumat verib.

O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib: “Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm. Prezident də elə həmin gün tapşırıq vermişdi və həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".

Qeyd edək ki, xəbəri ilk olaraq unikal.org saytı yayıb.

Tarix
2019.03.14 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla