Yuxarı

Şad xəbər: Həyət evləri ilə bağlı konsepsiya hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.

Lakin qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır.

Digər tərəfdən, vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq, əmlaklarının qeydiyyata alınması ilə bağlı müraciət etmirlər.

Hazırda Prezident Administrasiyasının tapşırığına uyğun olaraq, Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcəkdir.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.

Tarix
2019.03.14 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla