Yuxarı

Təhlükəsizlik orqanlarının 100 illiyi ilə bağlı tədbir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Axar.az xəbər verir ki, 2019-cu il martın 14-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, Akademiyanın müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbir akademiyanın akt zalında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsindən, eləcə də Azərbaycan təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət təhlükəsizliyi orqanlarına diqqət və qayğısından bəhs edən sənədli film nümayiş olunub.

Sonda Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında təqdim edilən Azərbaycan xalq mahnıları, o cümlədən Ulu Öndər Heydər Əliyevin sevimli mahnıları, dünya və milli musiqi klassiklərimizin əsərlərindən hissələr tədbir iştirakçılarında xoş ovqat yaradaraq alqışlarla qarşılanıb.

Tarix
2019.03.14 / 21:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla