Yuxarı

Bəzi kişilər arvadlarını bu işə cəlb edirlər - Gömrük rəsmisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi kişilər arvadlarını bu işə cəlb edirlər - Gömrük rəsmisi

Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb.

Axar.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı Şəkidə jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

O bildirib ki, son illər belə qadınların sayı 14%-ə çatıb:

“2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb. Hətta bəzi kişilər həyat yoldaşlarını, ana və bacılarını bu işə cəlb edirlər”.

Səhiyyə Nazirliyinin ölkə ərazisində 31 mindən çox narkotik vasitə istifadəçisini qeydə aldığını bildirən gömrük rəsmisi 2018-ci ildə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitənin Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edildiyini deyib.

Tarix
2019.03.15 / 12:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla