Yuxarı

Qeydiyyatsız yaşayanların nəzərinə: Cərimələnə bilərsiniz - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rayonlardan bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir. Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.

ARB TV-nin "Günə Doğru” verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Sakin: "Qeydiyyatı rayondadır, kəndədir. Gəlib özü Bakıda yaşayır. Ev-eşik tikir”.

Ekspert Ramil Osmanlı: "Vətəndaşların ərazi üzrə qeydiyyata düşməmələri həm də digər problemlərin yaranmasına gətirib çıxarır. Vətəndaşın müəyyən sosial hüquqlardan məhrumolma, eyni zamanda inzibati hüquqlardan məhrum olma kimi məsələlər var. Bəzi hallarda bu vətəndaşın müəyyən proseslərdən iştirakına mənfi təsir göstərir. Seçki prosesində, digər proseslərdə”.

Bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş 6 ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.

Samir Qasımov (vəkil): "Daimi yaşayış yerini dəyişirsə, tutaq ki, hansısa rayonda qeydiyyatdadır, gəlir Bakıya işləməyə və uzun müddət burda qalacaq. Həmin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Kirayə qalırsa, kirayə müqaviləsini təqdim etməklə və yaxud ev kimin adınadırsa, mülkiyyətçinin yazılı razılıgını təqdim etməklə yeni ünvana, yaşadıgı yerə qeydiyyata düşməlidir”.

Ramil Osmanlı (ekspert): "İcarə müqaviləsində müvəqqəti qeydiyyata düşməklə bağlı bənd öz əksini tapa bilər ki, icarəyə verən öz mənzilini həmin müqavilə müddətində vətəndaşın o mənzilə müvəqqəti şəkildə qeydiyyata alınmasına etiraz etmir. Amma rəsmi müqavilələr olmadıgına görə, əksər hallarda, kirayə götürən də belə bir tələb irəli sürə bilmir”.

Mənzilin qeydiyyatı olmadıqda da, həmin mənzilə kiminsə qeydiyyat düşməsində problem olur.

Ramil Osmanlı: "Həmin fərdi yaşayış evlərinin mülkiyyət sənədlərinin olması qanunu şəkildə qeydiyyata düşmək üçün problem yaradır”.

Samir Qasımov: "Qeydiyyatda deyil, tutaq ki, onun barəsində hər hansı cinayət işi varsa, əgər onun daimi qeydiyyatı yoxdursa, onda bu adam barəsində həbs qətiimkan tədbiri seçilə bilər, bu adamı lazım olanda, istintaq orqanı tapa bilsin”.

Qanuna görə, yaşayış yerini uzunmüddətli dəyişib, amma həmin yerdə qeydiyyata düşməyənlər cərimə oluna bilərlər. İnzibati xətalar məcəlləsinin 563-cü maddəsində buna görə 30 manat cərimə nəzərdə tutulub.

Axar.az həmin süjeti təqdim edir:

Tarix
2019.03.15 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla