Yuxarı

Səfirlik əməkdaşları şəhid ailəsinə baş çəkdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının əməkdaşları ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini daim dərin ehtiramla yad edirlər.

Axar.az xəbər verir ki, səfirliyin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, müavini mayor Elcan İmanverdiyev martın 15-də şəhid mayor Təbriz Tariyel oğlu Musazadənin doğulduğu Dmanisi rayonunun Yaqublu kəndində olub, qəhrəmanın yaxınları ilə görüşüblər.

Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Gürcüstan vətəndaşı olan şəhidlərimiz də bu diqqətdən kənarda qalmırlar. Səfirlik əməkdaşlarının daim bölgələrə səfər etmələri, soydaşlarımızın qayğıları ilə maraqlanmaları da bu siyasətin tərkib hissəsidir.

Şəhidin əmisi Vaqif Musayev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Uşaq yaşlarından hərbçi və təyyarəçi olmaq istəyən Təbriz Musazadə təyyarə modeli hazırlayıb, bir zaman uzaqlara uçacağını söyləyərmiş. O, eyni zamanda, hərbçi olmaq istəyini də tez-tez vurğulayırdı. Tale elə gətirib ki, ibtidai təhsilini Dmanisi rayonunda alan Təbriz sonradan ailəsi ilə birlikdə Azərbaycana köçüb. Orta təhsilini bitirdikdən sonra hərbi sahədə təhsil alan qəhrəman Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirib.

İki övlad atası olan mayor Təbriz Musazadə silahdaşları baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birlikdə 2016-cı ilin Aprelində düşmənin hücumunun qarşısını almaq üçün idarə etdiyi “Mi-24” helikopteri ilə döyüşə atılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olublar.

Şəhidlər Bakıda, II Fəxri xiyabanda dəfn edilib.

Təbriz Musazadə Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Tarix
2019.03.15 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla