Yuxarı

Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanımız naminə çətin, lakin şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq bu gün Novruz ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin hər bir bölgəsində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub. Ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib.

Ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində atılan uğurlu addımlar hərbi qulluqçularımızın qələbə əzmini daha da möhkəmləndirir.

Günü-gündən güclənən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatlarındakı qələbələri sayəsində işğaldan azad olunmuş torpaqlarımızda və strateji əhəmiyyətli yüksəkliklərdə bu gün Azərbaycan bayrağı vüqarla dalğalanır. Bütün bunlar son illər ordu quruculuğu istiqamətindəki islahatlar nəticəsində qazanılan nailiyyətlərin məntiqi nəticəsidir.

Xalqımızın və ordumuzun şəxsi heyətinin iştirakı ilə 2018-ci ildə keçirilən Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar ölkəmizin müdafiə gücünü bir daha təsdiqlədi.

İrimiqyaslı təlimlərdə peşəkarlığını, döyüş qabiliyyətini artıran şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirməyə davam edir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Respublikamızın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsi uğrunda düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi, hörmətli veteranlarımızı da bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi gözəl bahar bayramı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!".

Tarix
2019.03.19 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla