Yuxarı

Ermənistanla sərhəddə yeni hərbi hissə istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə həvalə edildikdən sonra bu əra­zilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastruk­turunun yaradılması tədbirləri surətlə davam etdirir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tiki­lərək istifadəyə verilir.

Axar.az xəbər verir ki, mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin yeni hərbi his­səsi xidməti istifadəyə verilib.

Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, qızıl gül dəstələri düzüb, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Dahi Öndərə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd­çi­sinin döv­­lət­­çiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığını, Dövlət Sər­həd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Ko­man­danıntapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliy­yət­ olduğunu bildi­rib, Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı, Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayə­sində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yara­dıl­ma­sını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­sinin başlanğıcı olması xüsusi vurğulanıb, Azərbay­can sərhədçisinin Azər­bay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olması bildirilib.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Ba­başov sər­həd­çiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzula­yıb.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflən­dirilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yaradılıb. Yeni hərbi hissədə qərargah və ida­rəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, döyüş texnikası parkı inşa olunmuş, 150 metr də­rinlikdə artezian quyusu qazılıb.

Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.

Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış mü­ğən­­­nilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən bö­yük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər.

Tarix
2019.03.19 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla