Yuxarı

Polislər arasında atıcılıq çempionatı keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) atıcılıq tirində polis əməkdaşları arasında atıcılıq çempionatı keçirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, açılış mərasimində çıxış edən nazirliyin İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq-mühafizə orqanlarının xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Qanunu və qanunvericilikdən irəli gələn tələblər barədə əməkdaşları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini izah edib.

Daha sonra güllə atıcılığı yarışına start verilib.

Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 11 komandadan 80-ə yaxın əməkdaş hədəfi nişan alaraq müxtəlif hərəkətlər üzrə sərrastlıqlarını sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında ilk üçlükdə Polis Akademiyası (712 xal), DİN Daxili Qoşunlarının Baş İdarəsi (710 xal) və Baş Dövlət Yol Polisi İdarəsinin (688 xal) əməkdaşları qərarlaşıblar.

Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda birinci və ikinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında Polis Akademiyasının təmsilçisi Ramilə Allahverdiyeva fərqlənib. Bu nəticə ilə o, DİN çempionatının qalibi olub.

Kişilər arasında Əlahiddə Çevik Polis Alayının əməkdaşı Elman Tərlanov birinci və üçüncü xüsusi tapşırığın yerinə yetirilməsində, Polis Akademiyasının nümayəndəsi Rüfət Xələfov isə altıncı xüsusi tapşırığın yerinə yetirilməsində ən yüksək nəticəni göstərərək yarışın baş mükafatına layiq görülüblər.

Kişilər arasında keçirilən avtomatdan hədəfi nişan almaqda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Fuad Alışov da qalin adını qazanaraq bu yarışda qələbələrinin sayını dördə çatdırıb.

Yarışın idarə olunmasında İdman Cəmiyyətinin əməkdaşları - Elnur Həsənov, Seymur Qurbanbəyov, Mahir Əhmədov, Zaur Məcidov, Aydın Həşimov, Munir Orucov və Əlişan Tunc iştirak ediblər.

Sonda qaliblərə medallar, diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2019.03.19 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla