Yuxarı

Amerika analitik mərkəzi Əliyevin fərmanını alqışladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı analitik mərkəz Novruz bayramı münasibətilə bəzi məhkumların əfv edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə əlaqədar bəyanat verib.

Axar.az-ın Azərtac-a istinadən məlumatına görə, Bəyanatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 431 nəfər məhkumun əfv edilməsi barədə martın 16-da imzaladığı fərman son aylarda Azərbaycanda başlanmış siyasi və iqtisadi islahatlar prosesinin daha bir müsbət əlaməti kimi, həm yerli, həm də beynəlxalq birlik tərəfindən müsbət qarşılanıb.

Xəzər Siyasi Mərkəzinin Direktorlar Şurasının üzvü səfir Riçard Houqland Azərbaycan Prezidentinin bu fərmanını şərh edərək bildirib ki, postsovet dövlətlərində həyata keçirilən mühüm islahatlar çox vaxt dünyada daha maraqlı sensasiyalı xəbərlər fonunda diqqətdən kənarda qalır. Keçmiş diplomat 431 nəfər məhkumun əfv edilməsini alqışlayaraq vurğulayıb:

“Mən qəti əminəm ki, biz Azərbaycanı bu islahatlar yoluna qədəm qoyması münasibətilə təbrik etməliyik. Bu xəbərləri gerçəklik kimi qəbul etmək lazımdır. Bu cəsarətli addım Azərbaycanın demokratik dünya birliyinə daha inamla daxil olmasına imkan verəcək, o, dünya arenasında öz qanuni yerini tutacaq”.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan rəhbərliyinin bu qərarı ölkədə işgüzar mühitin yaxşılaşdırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş geniş spektrli iqtisadi və siyasi islahatların tərkib hissəsidir. Dünya Bankı və digər beynəlxalq təşkilatlar bu islahatları bəyənirlər. Biznes fəaliyyətinin rahatlığı göstəricisinə görə Dünya Bankının reytinqində Azərbaycan dünyada 25-ci yerə çıxıb.

Sənədin sonunda qeyd edildiyi kimi, tamamilə aşkardır ki, Azərbaycan rəhbərliyi son bir neçə ayda başladığı islahatlar xəttini davam etdirmək əzmindədir, ona görə də beynəlxalq birlik bu ölkənin seçdiyi yolu fəal dəstəkləməli və təşviq etməlidir.

Tarix
2019.03.19 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla