Yuxarı

"Azərpoçt" bayram günlərində də işləyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC martın 20-dən 26-dək bayram və istirahət günləri olması ilə əlaqədar tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.

MMC-dən Axar.az-a bildirilib ki, həmçinin Bakı şəhəri Səbayıl rayonu, Üzeyir Hacıbəyli 36-da yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9:00-dan 18:00-dək, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19 və A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, həmçinin Cəlilabad şəhəri H.Əliyev prospekti 270, Zaqatala şəhəri H.Əliyev prospekti 36 və Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər daxildir

Bayram günlərində bütün Regional Poçt Filialları, Poçt Filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

İstirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyəti üzrə təhvil verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Tarix
2019.03.19 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla