Yuxarı

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

Axar.az xəbər verir ki, istefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

“Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, - M.Yaqub qeyd edib.

Tarix
2019.03.22 / 09:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla