Yuxarı

“Azercell” əmək sərgisində iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən, tələbələrin inkişafına dair müxtəlif proqramlar həyata keçirən, gənclərin karyera qurmasına böyük dəstək göstərən Azercell Telekom MMC daha bir karyera sərgisində iştirak edib.

Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizin altında təşkil olunan sərgiyə “Azercell”in İnsan Qaynaqları departamentinin mütəxəssisləri də qatılıblar. Departament əməkdaşları işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

60-dan çox nüfuzlu dövlət və özəl qurumların iştirak etdiyi sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunlara ölkənin aparıcı sektorlarında fəaliyyət göstərən şirkətlərlərdə iş imkanları və aktiv vakansiyalar barədə məlumat təqdim etməkdir.

Qeyd edək ki, “Azercell” şirkəti daima tələbələrin peşəkar inkişafına töhvə verir və telekommunikasiya sahəsində karyeralarını qurmaq istəyən tələbər üçün müxtəlif layihələr keçirir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.03.22 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla