Yuxarı

Təhsil naziri əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb.

Axar.az ONA-ya istinadən xəbər verir ki, əmrlə, 2019-cu il 12-14 fevral tarixlərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı, habelə 2019-cu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı da təsdiq edilib.

Əmrə əsasən, təşkilatçıların 2019-cu il 4 fevral tarixli birgə qərarına uyğun olaraq qaliblərə, qalib şagirdlərin rəhbərlərinə nəzərdə tutulmuş pul mükafatları, Münsiflər heyətinin üzvlərinə, Elmi Ekspertiza Komitəsinin üzvlərinə isə qonorar veriləcək.

Əmrdə göstərilir ki, ABŞ-a gedəcək şagirdlərin yol xərcləri İntel Fondu tərəfindən ayrılan qrant hesabına və bir qismi Azərbaycan Təhsil Nazirliyi tərəfindən müsabiqə üçün nəzərdə tutulmuş xərclər hesabına ödəniləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Qeyd edək ki, 2019-cu il 12-14 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilib. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Cəlilabad, Balakən, İsmayıllı, Qax, Xaçmaz və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Elektron qeydiyyatdan keçirilmiş 225 layihədən müsabiqədə 187 layihə ilə 311 şagird iştirak edib. Bu layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələr olub. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 50 layihə üzrə 84 şagird, o cümlədən I yerə 8 layihə üzrə 14 şagird, II yerə 17 layihə üzrə 28 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb. Qaliblər sırasından İntel İSEF-də iştirak etmək üçün 5 layihə (8 şagird) seçilib.

Tarix
2019.03.22 / 19:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla