Yuxarı

Quba - Xınalıq yolu açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qar uçqunu səbəbindən iki gündür ki, bağlı olan Quba-Xınalıq yolunda martın 22-si gündüz saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.

Axar.az xəbər verir ki, martın 20-də baş verən qar uçqunu Quba-Xınalıq yolunun 34-38-ci kilometrliyində qeydə alınmışdı. Əraziyə tökülən qar təbəqəsinin çoxluğu, eyni zamanda, həmin ərazidə texnikanın işləməsinin olduqca çətin olması yolun qardan təmizlənməsinə problemlər yaradıb.

Qeyri-sabit hava şəraiti və relyefin çətin olmasına baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10-a yaxın texnikası, həmçnin canlı qüvvəsi əraziyə cəlb olunaraq Quba və Xınalıq istiqamətində yoldan qarın təmizlənməsi işlərini həyata keçirib.

Həyata keçirilən tədbirlərlə nəqliyyat əlaqəsi kəsilən Xınalıq, Qala Xudat, Bostankeş, Cek, Əlik və Atuc kəndlərinə avtomobillərin sərbəst hərəkəti təmin edilb.

Buna baxmayaraq, təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz olunmayan sürücülərdən Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

Tarix
2019.03.22 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla