Yuxarı

Bakı-Ələt yolunda "Mersedes" aşdı: bir ailənin 4 üzvü... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən "Mersedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Tarix
2019.03.23 / 13:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla