Yuxarı

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ağcabədi rayon Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyev mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olan məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Tədbirlərin davamı olaraq A.Tapdıqovun və Y.Hüsüyevin yaşadığı ünvana baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada çəkisi 200 qrama yaxın və 5 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd 7.62 kalibrli avtomat və 1 ədəd kustar üsulla hazırlanmış 16 kalibrli tüfəng gülləsi aşkar edilərək götürülüb.a

Faktla bağlı cinayət işi başlanıllıb, araşdırma aparılır.

Tarix
2019.03.23 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla