Yuxarı

Türk Dünyası Birinci Qurultayı işə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ankarada Türk Dünyası Birinci Qurultayı işə başlayıb.

ONA-nın məlumatına görə, qurultayın başlanğıcında Ərgənəkon canlandırılıb: dəmir döyülüb, tonqal qalanıb.

Qurultayın təşkilatçısı olan Turan Milli Türk Sivilizasiyası, Cəmiyyətin Mədəni və Təhsil Cəmiyyətinin rəhbəri Dərviş Rəcəb Var türk xalqlarının birliyindən bəhs edib.

Azərbaycan bu tədbirdə Diasporlarla iş üzrə dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və millət vəkili Adil Əliyev tərəfindən təmsil olunub.

Qurultayda çıxış edən V.Haciyev bildirib ki, bu qurultayın reallaşması prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğunun və Azərbaycan-Türkiyə birliyinin göstəricisidir.

Millət vəkili A.Əliyev çıxışında deyib ki, bəzi qüvvələr bu qurultayın baş tutmasına mane olmaq istəsə də, başda Azərbaycan olmaqla, türk xalqlarının nümayəndələri onun gerçəkləşməsinə nail olub.

Qurultayda Balkan, İran, Yunanıstan, Dağıstan, İraq, Əfqanıstan, Suriya, Ahıska türklərinin nümayəndələri də çıxış edərək, Turan birliyinin vacibliyindən danışıblar.

Tarix
2019.03.24 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla