Ana səhifə Toplum |
Millət vəkili Sona Əliyeva Novruz bayramı günlərində 2016-cı ilin aprel və 2017-ci ilin fevral şəhidlərinin ailə üzvlərini ziyarət edib.
Axar.az xəbər verir ki, deputat Şəmkirdən olan şəhidlərimizin ailələrinə bayram sovqatı aparıb.
Millət vəkili ilk olaraq 2017-ci ilin fevral ayında ön xətdə düşmən snayperinin açdığı atəşlə şəhid olmuş igid əsgərimiz Xanoğlan Xəlilovun, daha sonra 2016-cı ilin aprelində şəhid olmuş polkovnik Vüqar Yusifovun ailə üzvləri ilə görüşüb.
Xanım deputat Düyərli kəndində yaşayan şəhid ailəsinin görüşünə də yollanıb və aprel şəhidimiz Altun Dəmirlinin anası Gülşən İsgəndərovaya baş çəkib.
Millət vəkili ildə bir neçə dəfə aprel və fevral şəhidlərinin ailələrini ziyarət etdiyini, dövlətin və Ali Baş Komandanın diqqətinin hər zaman şəhid ailələrinin üzərində olduğunu diqqətə çatdırıb.
Tarix
2019.03.25 / 17:39
|
Müəllif
Aytac Araz
|