Yuxarı

Aynur adlı kişi “iş başında” yaxalandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 650 qram narkotik heroini qanunsuz dövriyyədən çıxarıblar.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayon sakini Aynur Şükürov 770 qram heroini Pensər kəndi ərazisində satarkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında saxlanılıb. Onun üzərindən elektron tərəzi aşkarlanaraq götürülüb.

“İsti izlər”lə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun həmin narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyənləşib. Həmin şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadığı evində saxlanılıb. Onun üzərindən və həmin evdən iki bükümdə ümumi çəkisi 420 qram olan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, K.Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.04.03 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla