Yuxarı

Azərbaycanda yeni yaşayış massivləri salınacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni yaşayış massivləri salınacaq - Video

Tovuzda şəhərcik tipli yeni yaşayış binaları tikiləcək. Yaşıllıqlar salınıb, yeni məktəb binaları inşa olunacaq.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bu yeniliklər Nazirlər Kabinetinin Tovuz rayonu üçün təsdiq etdiyi baş planda əksini tapıb. Rayonda yeddi ədəd beşmərtəbəli yaşayış binası və məktəb də tikiləcək. Şəhərin baş planında nəzərdə tutulan tikinti işləri regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.

Bir sıra sənaye müəssisələrinin də tikiləcəyi rayonda əsaslı yenidənqurma, abadlaşdırma və müasirləşdirmə işləri də görüləcək.

Günün tələblərinə cavab vermədiyi üçün yenidən işlənməsinə başlanan Göygöl şəhərinin də baş planı artıq hazırdır. İşlənilən sənəd yaxın günlərdə rayon İcra Hakimiyyətinə təqdim olunacaq.

Yeni baş plana əsasən, rayon mərkəzi bundan sonra cənub və şərq istiqamətində genişlənəcək. Həmin ərazilərdə isə məhəllələrdə küçələr və parklar salınacaq, çoxmərtəbəli binalar tikiləcək. İndiyədək aparılan tikinti-quruculuq işləri zamanı əsas götürülən 1984-cü ildə hazırlanan baş plan isə qüvvədən düşmüş hesab ediləcək.

Tarix
2019.04.07 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla