Yuxarı

Bakıda müəllimlər etiraza qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müəllimlər etiraza qalxdı

Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlər bir nüçə gün öncə noyabr ayının maaşını alarkən gözləmədikləri vəziyyətə düşüblər.

"Axar.az"ın "Musavat.com"a istinadən xəbərinə görə, I-VI siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərin maaşı azalıb. Müəllimlər bunun səbəbilə maraqlananda onlara bildirilib ki, Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqına əlavə edilən məbləğ kəsilib. Nəticədə onsuz da yüksək maaş almayan yüzlərlə müəllim noyabrın əməkhaqqını 10-20 manat kəsirlə alıblar.

Modern.az saytının məlumatına görə, maaşlarının azalmasından narazı qalan müəllimlər ötən həftənin sonlarında kütləvi şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə gedərək, məsələyə etirazlarını bildiriblər. Orada müəllimlərə bunun təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə edildiyi söylənilib. Pedaqoqların növbəti həftə nazirliyi şikayətə gedəcəklərini bəyan etmələri vəziyyəti daha da gərginləşdirib.

Yalnız etirazlar artandan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimləri sakitləşdirmək üçün açıqlama ilə çıxış edib. İdarə bəyan edib ki, noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməyib.

"Bildiririk ki, problem yaxın günlərdə həll olunacaq"-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi açıqlamasında qeyd edib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tebeçiliyində 325 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Tarix
2013.12.08 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla