Yuxarı

Qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar yağacaq

Sabah Azərbaycan ərazisində havanın soyuq keçəcəyi, sulu qar və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu səhər və gündüz 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq. Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-nə kimi davam edəcək.

Tarix
2014.12.02 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla