Yuxarı

Bakıda sürücü polisin üstündən keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sürücü polisin üstündən keçdi

Bakının Yasamal rayonunda sürücü yol polisinə ağır xəsarət yetirib.

Axar.az xəbər verir ki, bu barədə vesti.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında Dövlət Yol Polisinin əməkdaşı, serjant Qarayev Müşfiq Əsəd oğlu yol hərəkət qaydalarını pozan "Mersedes" markalı avtomobilin sürücüsü, Masallı rayon sakini Səfərov Fuad Maarif oğlunu saxlayıb.

Polis müfəttişi inzibati protokol tətbiq etmək istəyib. Lakin Səfərovun tanışı, 50 CF 294 dövlət nişanlı digər "Mersedes" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Səmədov Elvin Xeyrəddin oğlu öz maşınından düşmədən münaqişə vəziyyəti yaradıb və polis əməkdaşı ilə mübahisəyə başlayıb.

Bundan sonra Səmədov avtomobili hərəkətə gətirərək yol polisinin üstünə sürüb. Hadisə nəticəsində sol ayağından ciddi xəsarət alan polis Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.12.02 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla