Yuxarı

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər əməkdaşlıq planına əsasən iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərinin, birgə təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Diplomat Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2019.04.10 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla