Yuxarı

Bakıda tunelin üzərində asfalt örtüyü çökdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub.

Çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb. Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.

Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir. Bəs, tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbər-ə bildirilib ki, çökmənin nə tunelə, nə də tunelin dəmir-beton konstruksiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq tunel inşa olunarkən onun üzərinə kənardan torpaq gətirilərək tökülüb ki, bunun da bir müddət sonra aşağı yatması təbiidir.

"Bununla belə, əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək və həmin hissə tezliklə bərpa ediləcək. Narahatlığa heç bir səbəb yoxdur", - deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, yol qovşağı 2014-ci ildə istifadəyə verilib.

Tarix
2019.04.13 / 23:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla