Yuxarı

Tovuzda 150 kilo heyvan cəmdəyi aşkarlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda 150 kilo heyvan cəmdəyi aşkarlandı - Foto

Tovuz rayonunda istifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-a verilən məlumata görə, agentliyin və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kənd ərazisində aprelin 15-i gecə saatlarında vətəndaşa məxsus 99 FH 137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.

Baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Aşkar edilən heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Bir daha vətəndaşlardan bu kimi şübhə doğuran hallarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Tarix
2019.04.15 / 12:20
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla